Saytımızı qiymətləndirin


 
 

Zelenski: Putin Türkiyəyə gəlsəydi, müharibəni bitirmək üçün real imkanlarımız olardı
Tarix: 16-05-2025 | Saat: 17:12
Bölmə:Karusel / Dünya | çapa göndər

Ukrayna Prezidenti Volodimir Zelenksi

 

Putin Türkiyəyə gəlsəydi, müharibəni bitirmək üçün real imkanlarımız olardı.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenksi Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində Tiranada keçirilən ilk plenar sessiyada etdiyi çıxışda bildirib.

“Bu müharibə, Rusiyanın Ukraynaya qarşı müharibəsi ən qısa müddətdə başa çatmalıdır, Ukraynanın sülhə ehtiyacı var. Bu həftə Putin Türkiyəyə gəlməkdən çəkinməsəydi, bizim bu müharibəyə son vermək üçün real imkanlarımız olacaqdı. Mən Putinlə İstanbulda və ya Ankarada birbaşa görüşə hazır idim, sadəcə görüşə deyil, bütün vacib məsələlərin həllinə. Lakin o, heç nəyə razı olmadı. Gördüyünüz kimi, Rusiya İstanbula çox aşağı səviyyəli nümayəndə heyəti göndərib", - Zelenski qeyd edib.



Xəbəri paylaş

72 dəfə oxunub.

Digər xəbərlər