Saytımızı qiymətləndirin


 
 

KİV: Ukrayna ABŞ-ın sülh təklifinə “90%” razıdır
Tarix: 19-04-2025 | Saat: 11:29
Bölmə:Karusel / Dünya | çapa göndər

KİV: Ukrayna ABŞ-ın sülh təklifinə “90%” razıdır


Ukrayna ABŞ-ın təqdim etdiyi sülh təklifinə “90%” razıdır. Gələn həftə Londonda tam və hərtərəfli atəşkəsin razılaşdırılması gözlənilir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yüksək vəzifəli Ukrayna rəsmisi “New York Post”a açıqlama verib. Məlumata görə, Ukraynanın müdafiə naziri ABŞ rəsmilərinə bildirib ki, Kiyev Prezident Donald Trampın bu həftə Parisdə dövlət katibi Marko Rubio və digər nümayəndələr vasitəsilə təqdim etdiyi sülh təklifinə “90%” razıdır.
“Gələn həftə Londonda biz tam və hərtərəfli atəşkəs üçün qərar vermək istəyirik”, - rəsmi bildirib.


Rəsminin sözlərinə görə, bundan sonra atılacaq növbəti addımlar müəyyənləşəcək.


Bildirilib ki, Donald Tramp Moskvanın razılığı olmadığı təqdirdə danışıqlar masasından çəkiləcək və münaqişəyə görə məsuliyyəti Avropadakı müttəfiqlərinin üzərinə qoyacaq.


Yüksək vəzifəli rəsmi bildirib ki, Rusiyanı danışıqlar masasına gətirmək məqsədilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskvanı sanksiyaların azaldılması və mümkün halda ələ keçirilən aktivlərin dondurulmasının açılması ilə razı sala bilər.



Xəbəri paylaş

50 dəfə oxunub.

Digər xəbərlər