Saytımızı qiymətləndirin


 
 

“Biabırçı məğlubiyyətdən sonra təslimçilik aktına imza atan Ermənistanın başqa çıxış yolu yoxdur” - ŞƏRH
Tarix: 31-08-2021 | Saat: 20:31
Bölmə:Karusel / Region | çapa göndər

facebook sharing button
twitter sharing button
odnoklassniki sharing button
vk sharing button
whatsapp sharing button
email sharing button
“Biabırçı məğlubiyyətdən sonra təslimçilik aktına imza atan Ermənistanın başqa çıxış yolu yoxdur” – ŞƏRHprint sharing button

Ermənistanın bölgədə yeni nəqliyyat-kommunikasiya layihələrinin reallaşmasında iştirakı hazırda düşdüyü durumdan yeganə çıxış yoludur.

Qarabaginfo.az xəbər verir ki, regiondakı prosesləri analiz edən analitiklərin və siyasi ekspertlərin gəldiyi qənaət belə deməyə əsas verir.

Lakin təəssüflər olsun ki, mənfur qonşularımız hələ də 10 noyabr bəyannaməsinin şərtlərinə uyğun olaraq, nəqliyyat dəhlizlərinin açılmasına maneçilik törətməkdə davam edirlər. Belə ki, bölgədə sülhün möhkəmləndirilməsi üçün həyata keçirilən addımlardan birinin nəqliyyat dəhlizləri olmasını erməni cəmiyyəti heç cürə həzm edə bilmir.

Analitiklər hesab edirlər ki, Ermənistan cəmiyyətində bu məsələyə münasibət birmənalı deyil. Sadə dildə desək bəzi erməni ictimai fəallar bunun Ermənistana gərəkli olduğunu bildirsə də, revanşist qüvvələr xarici havadarlarının diqtəsi ilə proseslərə mane olmağa çalışırlar.

Lakin, Azərbaycan Prezidenti İlham Əliyev açıq şəkildə bəyan edib ki, Zəngəzur dəhlizi daxil olmaqla bütün kommunikasiyalar ermənilərin razılığı olmasa belə istifadəyə veriləcək.

Beynəlxalq ekspertlər də kommunikasiyaların bərpa olunmasının mövcud reallıqda ermənilər üçün çox əlverişli olduğunu bildirirlər. Lakin ermənilərin revanşist əməllərindən əl çəkmək istəmədikləri açıq-aşkar hiss olunur.

Mütəxəssislərin fikrincə 10 noyabr bəyannaməsini imzalayan tərəflərdən biri olan Rusiyanın bu məsələdə mövqeyi də başadüşülən deyil. Hələ ki, siyasi proseslər gərgin olaraq qalmaqdadır. lakin yaxın zamanlarda bu sahədə irəliləyişlərin olacağı qaçılmazdır. Çünki biabırçı məğlubiyyətdən sonra təslimçilik aktına imza atan Ermənistanın başqa çıxış yolu yoxdur.(Konkret.az)



Xəbəri paylaş

1250 dəfə oxunub.

Digər xəbərlər