Saytımızı qiymətləndirin


 
 

Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır
Tarix: 18-06-2026 | Saat: 20:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır

“Azərbaycana cəmi dörd həftə əvvəl gəlmiş olsam da, Bakıya ilk səfərim 1999-cu ilə təsadüf edir. Həmin vaxtdan bu günə qədər ölkənin keçdiyi inkişaf yolu həqiqətən inanılmazdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın səfiri Duncan Norman Bakıda Kral III Çarlzın ad günü ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, bu günün Azərbaycanı dinamik, müasir və qlobal dünya ilə sıx əlaqələrə malik bir ölkədir: “Azərbaycan hazırda həqiqətən mühüm imkanlar dövrünü yaşayır. Bir nəsil ərzində ilk dəfə olaraq, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün real imkan yaranıb. Sülh region boyunca ticarət, investisiya və bağlantı imkanlarının genişlənməsinə yol açacaq. Qarşıda duran əsas çağırış sülhün dönməzliyini təmin etməkdir.

Lakin şahidi olduğum bütün bu dəyişikliklər ərzində dəyişməyən bir məqam var: Azərbaycan xalqının səmimiyyəti və qonaqpərvərliyi.

Mənə Birləşmiş Krallıq ilə Azərbaycan arasında üç onillikdən artıq müddətdə formalaşmış və bu gün Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığın davam etdirilməsi şərəfi nəsib olub”.

Diplomat qeyd edib ki, münasibətlər enerji sahəsində başlayıb: “BP-nin öncül investisiyası Azərbaycanın müasir iqtisadi inkişaf tarixinin formalaşmasına töhfə verib və biz bu əməkdaşlığı inkişaf etdirməyə davam edirik.

Tərəfdaşlığımız enerji sahəsi ilə məhdudlaşmır. Müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır.

Biz transsərhəd qanunsuz əmtəə qaçaqmalçılığı ilə mübarizə sahəsində sıx əməkdaşlıq edirik.

Britaniya şirkətləri aviasiya, infrastruktur, maliyyə və süni intellekt kimi sahələrdə fəal iştirak edirlər.

Biz Qarabağda mina təmizlənməsi fəaliyyətinə verdiyimiz dəstəklə qürur duyuruq və bunun vasitəsilə icmaların yenidən qurulmasına və bərpasına töhfə veririk.

Təhlükəsizlik və iqtisadi əməkdaşlıqdan əlavə, əlaqələrimiz daha da möhkəmlənməkdədir”.



Xəbəri paylaş

35 dəfə oxunub.

Digər xəbərlər