Tarix: 19-06-2026 | Saat: 14:11
Bölmə:Karusel / Siyasət | çapa göndər
Fransa Prezidenti Emmanuel Makron İsrailin Fələstin ərazilərində və Livanda həyata keçirdiyi hərbi əməliyyatları qəbuledilməz adlandırıb və bu siyasətin İsrailin milli maraqlarına uyğun olmadığını bildirib.
Qarabaginfo.az xəbər verir ki, Makron bu fikirləri France 2 televiziyasına verdiyi müsahibədə səsləndirib.
Prezident xüsusilə Qəzza zolağı, İordan çayının Qərb sahili və Livanda aparılan əməliyyatların uzunmüddətli perspektivdə İsrailin öz maraqlarına zidd olduğunu vurğulayıb:
"Bu siyasət regiondakı bütün xalqlar arasında narazılıq yaradır. İsrail yalnız terrorçularla mübarizə aparmır, eyni zamanda mülki əhaliyə qarşı ədalətsiz hücumlar həyata keçirir. İsrailin təhlükəsizliyi qonşu ərazilərin işğalı hesabına təmin edilə bilməz. İsrail rəhbərliyini hərbi əməliyyatlarda daha ehtiyatlı və rasional davranmağa çağırırıq".
Makron həmçinin ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahuya münasibətinin son günlərdə dəyişdiyini qeyd edərək, bunun sülh prosesinə təsir göstərə biləcəyini bildirib.
Xatırladaq ki, İsrail hökumət başçısı isə daha əvvəl bəyan edib ki, ölkəsinin təhlükəsizliyi təmin olunmadan cənubi Livandan qoşunların çıxarılması nəzərdə tutulmur.
Digər xəbərlər



















