Saytımızı qiymətləndirin


 
 

Trampın oteli qarşısında “Tesla” partladıldı –1 ölü, 7 yaralı
Tarix: 02-01-2025 | Saat: 09:59
Bölmə:Karusel / Dünya / Kriminal | çapa göndər

Las-Veqasda Donald Trampın oteli yaxınlığında “Tesla Cybertruck” avtomobilinin partlaması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Qarabaginfo.az bildirir ki, naməlum şəxs partlayıcı qurğunu işə salıb. Səlahiyyətlilər partlayışı potensial terror hücumu kimi araşdırır.

Elektriklə işləyən avtomobilin sürücüsü onu Trampın binasının foyesi yaxınlığında park edib. Daha sonra qulaqbatırıcı partlayış olub. Səpələnmiş Tesla-nın şüşə parçaları və dağıntıları yoldan keçən insanlara dəyib, 7 nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Las-Veqasda Tesla-nın partladığı yerdə partlayıcı maddələrin izləri tapılıb.

Las-Veqasda Donald Trampın oteli yaxınlığında Tesla Cybertruck-u partladan sürücünün kimliyi məlum olub.

Göydələninin yaxınlığında partlayış baş verən zaman Kolorado-Sprinqsdən olan 37 yaşlı Metyu Livelsbergerin avtomobildə olduğu iddia edilir. O, Amerika ordusunda xidmət edib. Livelsberger-in sosial media hesabında onun xüsusi qüvvələrdə təcrübəsi olan bir kəşfiyyat meneceri olduğu bildirilir.

“Cybertruck” elektromobilindən külli miqdarda pirotexniki vasitələr və benzin qutuları aşkar edilib. FTB Tramp otelinin yaxınlığında baş verən partlayışı terror hücumu adlandırmağa tələsmir.

Co Bayden bildirib ki, kəşfiyyat orqanları Nyu Orleandakı terror aktı ilə Tramp otelindəki partlayış arasında əlaqənin olub-olmadığını araşdırır.

Son məlumata görə, polis Trampın Las-Veqasdakı otelində Tesla Cybertruck-un partladılmasını terror aktı kimi araşdırır. Partlayan yolsuzluq avtomobilinin sürücüsü həlak olub. 



Xəbəri paylaş

75 dəfə oxunub.

Digər xəbərlər