Saytımızı qiymətləndirin


 
 

Çingiz Hüseynzadə: "Olimpiadada qızıl medala layiq 5 idmançımız var"
Tarix: 13-07-2021 | Saat: 21:09
Bölmə:Karusel / İdman | çapa göndər

 

Çingiz Hüseynzadə: Olimpiadada qızıl medala layiq 5 idmançımız var
Çingiz Hüseynzadə

"Bu, ən çətin olimpiada olacaq. Amma heç nədən qorxmuruq, hər şeyə hazırıq".

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək komandanın formalarının təqdimat mərasimində deyib.

O, hər şeyin idmançılar üçün yaxşı olacağına ümid etdiyini bildirib: "Dövlət başçısı həm də MOK-un prezidentidir. Olimpiya hərəkatının bu səviyyəyə çatmasında onun rolu var. Olimpiadanı izləyəcək, ilk təbrik edən də özü olacaq. Bu, onun gözəl xüsusiyyətidir".

Hüseynzadənin sözlərinə görə, olimpiyaçılar arasında qızıl medala layiq layiq olan ən azı 5 idmançı var: "Rio-2016-da da bu qədər medal qazana bilərdik. Namizədlərimiz çoxdur. 44 idmançıdan ən azı yarısı medallar uğrunda mübarizə aparacaq".



Xəbəri paylaş

1301 dəfə oxunub.

Digər xəbərlər