Saytımızı qiymətləndirin


 
 

AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər
Tarix: 19-06-2026 | Saat: 06:55
Bölmə:Karusel / Dünya | çapa göndər

AB liderləri Avropada müdafiə hazırlığının artırılmasını tələb ediblər

Brüsseldə keçirilən sammitdən sonra Avropa Birliyi liderləri 2030-cu ilə qədər qurumun müdafiə qabiliyyətlərinin gücləndirilməsini sürətləndirməyə və Avropanın hərbi hazırlığını artırmağa çağırıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə sammitin yekunları ilə bağlı açıqlamada deyilir.

"Ciddi təhlükəsizlik təhdidləri və çətinlikləri qarşısında və Ukraynaya qarşı müharibənin Avropa İttifaqı üçün mövcudluq problemi olaraq qaldığını nəzərə alsaq, Avropanın müdafiə hazırlığı 2030-cu ilə qədər qətiyyətlə gücləndirilməlidir", - sənəddə deyilir.

Avropa Birliyi dövlət və hökumət başçıları hərbi imkanlardakı kritik boşluqların aradan qaldırılmasını sürətləndirməyə, strateji asılılıqları azaltmağa və əvvəllər qəbul edilmiş müdafiə təşəbbüslərinin həyata keçirilməsini intensivləşdirməyə çağırıblar.

Sənəddə həmçinin Avropa Birliyinin quru, hava və dəniz sərhədlərinin qorunmasının gücləndirilməsinin vacibliyi vurğulanıb.

Sammit həmçinin NATO-nun birliyə üzv dövlətlər üçün kollektiv müdafiənin təməli olaraq qaldığını bir daha təsdiqləyib.



Xəbəri paylaş

9 dəfə oxunub.

Digər xəbərlər