Saytımızı qiymətləndirin


 
 

Hikmət Hacıyev: “Azərbaycanın haqq işi beynəlxalq səviyyədə dəstəklənir, bu, uzun müddət aparılan diplomatik siyasətin nəticəsidir”
Tarix: 03-11-2020 | Saat: 15:11
Bölmə:Karusel / Siyasət | çapa göndər

Hikmət Hacıyev: “Azərbaycanın haqq işi beynəlxalq səviyyədə dəstəklənir, bu, uzun müddət aparılan diplomatik siyasətin nəticəsidir”

“Ali Baş Komandanın başçılığı altında Azərbaycan Ordusu Azərbaycanın ərazi bütövlüyünü bərpa edilməsi uğrunda mübarizəni davam etdirir”.

Qarabaginfo.az xəbər verir ki, bunu bu gün keçirilən  brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.  

   Hacıyev deyib ki, düşmən hər gün təxribatlara yol verir: “Azərbaycan Ordusu təxribat və hücumların qarşısını almaqdadır. Azərbaycanın haqq işi beynəlxalq səviyyədə dəstəklənir. Bu, Azərbaycanın uzun müddət apardığı diplomatik siyasətin nəticəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, həm də Azərbaycanın Qoşulmama Hərəkatının, Türk Şurası kimi qurumların sədri olması və bu istiqamətində fəaliyyəti ilə bağlıdır”. APA



Xəbəri paylaş

338 dəfə oxunub.

Digər xəbərlər