Saytımızı qiymətləndirin


 
 

Əfv Komissiyasının iclası keçirilib
Tarix: 27-02-2025 | Saat: 19:41
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu gün keçirilən iclasda komissiyaya daxil olan müraciətlər müzakirə olunub.

Komissiya üzvü Rəşad Məcid Qarabaginfo.az-a bildirib ki, iclası Prezident Administrasiyasının rəhbəri, Əfv Komissiyasının sədri Samir Nuriyev açıb: “İclasda 100-dən artıq müraciət müzakirə olundu. Bunlar əsasən ağır cinayətlər, qəsdən adam öldürməyə cəhd, oğurluq, digər cinayətlərdə ittiham olunan şəxslərin müraciətləri idi. Hər bir müraciət müzakirə edildi və komissiya üzvləri tərəfindən münasibət bildirildi. Komissiya növbəti həftələrdə işini davam etdirəcək. Komissiya işini bitirdikdən sonra müsbət rəy almış sənədlər ölkə Prezidentinə təqdim olunacaq. Qarşıdakı aylarda dövlət başçısının növbəti əfv sərəncamının şahidi olacağıq”.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.



Xəbəri paylaş

42 dəfə oxunub.

Digər xəbərlər