Saytımızı qiymətləndirin


 
 

Ermənistanın təxribatı ilə bağlı Qoşulmama Hərəkatının xüsusi sessiyası çağırılıb
Tarix: 16-07-2020 | Saat: 14:59
Bölmə:Karusel / Dünya | çapa göndər

Ermənistanın təxribatı ilə bağlı Qoşulmama Hərəkatının xüsusi sessiyası çağırılıb

“Tovuzda sərhəddə baş verənlər Ermənistan tərəfindən məqsədyönlü, əvvəlcədən planlaşdırılmış təxribatdır”.

Qarabaginfo.az-ın məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, beynəlxalq təşkilatlarda olan daimi nümayəndəliklər tərəfindən müvafiq notalar təqdim olunub: “BMT baş katibinə nota verilib. Qoşulmama Hərəkatı çərçivəsində də xüsusi sessiya çağırılıb ki, üzv dövlətlərə məlumat verilsin”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, bu gün ATƏT Daimi Şurasının iclası keçirilir: “İclasa ATƏT-in Minsk Qrupunun həmsədrlərinin də qatılması nəzərdə tutulub. Azərbaycanın ATƏT yanındakı nümayəndəliyinə də lazımi təlimatlar verilib”. APA



Xəbəri paylaş

369 dəfə oxunub.

Digər xəbərlər