Saytımızı qiymətləndirin


 
 

Prokurorluq 21 yaşlı qadının öldürülməsiylə bağlı açıqlama yaydı
Tarix: 27-07-2022 | Saat: 16:51
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prokurorluq 21 yaşlı qadının öldürülməsiylə bağlı açıqlama yaydı

İyulun 27-də Balakən rayon sakini 2001-ci il təvəllüdlü Əbdürəhmanova Emilya Məzahir qızının bıçaqla qəsdən öldürməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1995-ci il təvəllüdlü Elton Layicovun qısqanclıq zəminində arvadına bıçaq xəsarətləri yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elton Layicov  şübhəli şəxs qismində tutulub.



Xəbəri paylaş

1204 dəfə oxunub.

Digər xəbərlər