Tarix: 20-02-2025 | Saat: 08:18
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ hökuməti mart ayında avtomobillərə, yarımkeçiricilərə, əczaçılıq məhsullarına və taxta materiallara idxal rüsumları tətbiq etməyi planlaşdırır.
Qarabaginfo.az xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp açıqlama verib.
"Yaxın bir ayda və ya daha tez, mən avtomobillərə, yarımkeçiricilərə, əczaçılıq məhsullarına, dərmanlara və ağaclara idxal rüsumları elan edəcəyəm. Ola bilsin ki, bu rüsumlar bəzi digər məhsullara da şamil edilsin", - o, Səudiyyə Ərəbistanı tərəfindən Mayamidə təşkil etdiyi investisiya forumunda deyib.
O, bunun Amerika Birləşmiş Ştatlarına böyük təsiri olacağına və ölkənin öz biznesini qaytardığını bildirib.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ-nin xarici avtomobillərə təxminən 25% rüsum tətbiq etmək niyyətində olduğunu və analoji rüsumların əczaçılıq məhsullarına da tətbiq oluna biləcəyini deyib.
Digər xəbərlər