Saytımızı qiymətləndirin


 
 

“Diktator Zelenski tez getsə yaxşı olar” - Tramp
Tarix: 19-02-2025 | Saat: 21:40
Bölmə:Karusel / Dünya | çapa göndər

diktator-zelenski-tez-getse-yaxsi-olar

“Fikir verin, uğurlu komediya ustası Volodimir Zelenski, ABŞ-yə 350 milyard dollar dəyərində maliyyə ilə bağlı mesajlar göndərir. Hansı ki, qalib gəlməyin mümkün olmayacağı, hətta heç başlamamalı olan müharibə üçün”.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” hesabında yazıb.

ABŞ lideri bildirib ki, bu müharibə özü ABŞ olmadan heç vaxt həll yolu tapmayacaq:

“O, seçkilərdən imtina edir, Ukrayna sorğularında çox aşağıdır və onun yaxşı bacardığı yeganə şey Baydeni “skripka kimi” ifa etmək idi. Diktator Zelenski tez getsə yaxşı olar, əks halda ölkəsi deyə bir şey qalmayacaq. Mən Ukraynanı sevirəm, amma Zelenski dəhşətli iş görüb, ölkəsi darmadağın olub və milyonlarla insan lüzumsuz yerə ölüb. Belə də davam edir. Biz Rusiya ilə bu məsəlinin həlli üçün çalışırıq. Hər kəsə məlumdur ki, sülh Tramp və onun adminstrasiyası olmadan qeyri-mümkündür”.



Xəbəri paylaş

53 dəfə oxunub.

Digər xəbərlər