Saytımızı qiymətləndirin


 
 

24 dəfə “Qərb”, 19 dəfə “Ukrayna”, 11 dəfə “ABŞ”, 10 dəfə “NATO” dedi…- Putin 105 dəqiqəyə nələri sığdırdı?
Tarix: 21-02-2023 | Saat: 17:53
Bölmə:Karusel / Region / Dünya | çapa göndər

Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə bugünkü müraciəti 1 saat 45 dəqiqə davam edib.

Azpost.info xəbər verir ki, Putin çıxışında 24 dəfə Qərbin, 11 dəfə ABŞ-ın, 10 dəfə NATO-nun adını çəkib.

Rusiya prezidenti Ukrayna haqqında 19 dəfə danışıb. Zal Putini 53 dəfə alqışlayıb, onlardan dördü ayaq üstə olub.

Putinin çıxışının böyük hissəsi Ukraynada xüsusi əməliyyatın keçirilməsinin səbəblərini qiymətləndirməyə həsr olunub. Müraciətində Putin iqtisadiyyatdakı vəziyyəti də dəyərləndirib, ölkənin daxili və xarici strukturu ilə bağlı mövzulara toxunub.

Çıxışını yekunlaşdıran Vladimir Putin bildirib ki, Rusiya istənilən çağırışa cavab verəcək: “Çünki biz hamımız bir ölkəyik, vahid xalqıq, öz imkanlarımıza arxayınıq”.

Sonuncu dəfə Vladimir Putin Federal Məclisə 2021-ci ilin aprelində müraciət etmişdi. Həmin vaxt onun çıxışı 1 saat 19 dəqiqə çəkmişdi.

Putinin ən uzun müraciəti (1 saat 55 dəqiqə) 2018-ci ildə, ən qısa müraciəti (48 dəqiqə) 2004 və 2005-ci illərdə olub.



Xəbəri paylaş

1127 dəfə oxunub.

Digər xəbərlər