Saytımızı qiymətləndirin


 
 

XDİ-nin baş katibi Bundestaq administrasiyasını ən azı 15% azaltmağı təklif edib
Tarix: 17-08-2024 | Saat: 08:55
Bölmə:Karusel / Dünya | çapa göndər

XDİ-nin baş katibi Bundestaq administrasiyasını ən azı 15% azaltmağı təklif edib

Alman Xristian Demokrat İttifaqının (XDİ) baş katibi Karsten Linneman pula qənaət etmək üçün Bundestaq administrasiyasının ən azı 15% azaldılmasının təklif edib.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı Linneman RND redaksiya birliyinə verdiyi müsahibədə pula necə qənaət etmək olar sualını cavablandırarkən danışıb.

“İlk növbədə, özümüzdən başlamalıyıq. Kiçik bir misal: Seçki qanunvericiliyinin islahatı ilə əlaqədar Bundestaq üzvlərinin (deputat) sayı 733-dən 630-a endiriləcək. Eyni zamanda, Bundestaq administrasiyasının 3 min işçisi də ən azı elə Bundestaq kimi 15% ixtisar edilməlidir.” -deyə siyasətçi bildirib.

Qeyd edək ki, Almaniyada hakim koalisiya seçki qanununda islahatların aparılmasını təklif edib və qanun layihəsi 2023-cü ildə Bundestaqda səs çoxluğu ilə qəbul edilib. Qanun layihəsi 28 sentyabr 2025-ci ildə keçirilməsi gözlənilən Almaniya parlament seçkiləri üçün qüvvəyə minəcək və Bundestaq deputatlarının sayı indiki 736 nəfərdən 630 nəfərə endiriləcək.



Xəbəri paylaş

50 dəfə oxunub.

Digər xəbərlər