Saytımızı qiymətləndirin


 
 

Uşakov: Tramp-Putin görüşü çətin ki, gələn həftə baş tutsun
Tarix: 18-02-2025 | Saat: 16:34
Bölmə:Karusel / Dünya | çapa göndər

Uşakov: Tramp-Putin görüşü çətin ki, gələn həftə baş tutsun

Rusiya və ABŞ danışıqlar zamanı müzakirə etdilər ki, iki böyük dövlət bir-biri ilə ünsiyyətdə olmaya bilməz.

Qarabaginfo.az xəbər verir ki, bunu Ər-Riyadda keçirilən danışıqlardan sonra Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, hələlik Rusiya və ABŞ-nin yaxınlaşdığını söyləmək çətindir: “Rusiya və ABŞ nümayəndə heyətləri bütün məsələlər üzrə çox ciddi müzakirələr apardılar. Rusiya və ABŞ bir-birinin maraqlarına hörmət etmək barədə razılığa gəliblər”.


Uşakov Rusiya və ABŞ-dən ibarət ayrı-ayrı danışıqlar qrupunun Ukrayna ilə bağlı təmaslara başlayacağını söyləyib. Bildirib ki, Ukrayna ilə bağlı Rusiya tərəfdən danışıqlar qrupunun tərkibini prezident Vladimir Putin müəyyən edəcək.


O, Moskva və Vaşinqtonun Putinlə Trampın görüşünə şərait yaratmağa çalışacağını da söyləyib.


Putinin köməkçisi onu da qeyd edib ki, prezidentlərin görüşü çətin ki, gələn həftə baş tutsun.



Xəbəri paylaş

47 dəfə oxunub.

Digər xəbərlər