Ana Sayfa > Karusel / Dünya > Uşakov: Tramp-Putin görüşü çətin ki, gələn həftə baş tutsun
Uşakov: Tramp-Putin görüşü çətin ki, gələn həftə baş tutsun18-02-2025, 16:34. Yazar: Admin |
Rusiya və ABŞ danışıqlar zamanı müzakirə etdilər ki, iki böyük dövlət bir-biri ilə ünsiyyətdə olmaya bilməz. Qarabaginfo.az xəbər verir ki, bunu Ər-Riyadda keçirilən danışıqlardan sonra Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib. Onun sözlərinə görə, hələlik Rusiya və ABŞ-nin yaxınlaşdığını söyləmək çətindir: “Rusiya və ABŞ nümayəndə heyətləri bütün məsələlər üzrə çox ciddi müzakirələr apardılar. Rusiya və ABŞ bir-birinin maraqlarına hörmət etmək barədə razılığa gəliblər”.
Geri dön |