Saytımızı qiymətləndirin


 
 

Şahin Bağırov: Kölgə iqtisadiyyatına qarşı ciddi addımlar atılıb
Tarix: 13-02-2025 | Saat: 12:14
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Dövlət Gömrük Komitəsinin işçiləri aylardır maaş ala bilmir - Şahin Bağırov təsdiqlədi

Vergilərdən yayınma hallarına qarşı mübarizə istiqamətində aparılan islahatlar, Azərbaycanda vergi sisteminin müasirləşdirilməsi
və qlobal iqtisadiyyata inteqrasiyasını stimullaşdırır.

Qara xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.

O bildirib ki, iqtisadi təhlükəsizliyimizə ciddi təhdid yaradan kölgə iqtisadiyyatının qarşısının alınması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşması istiqamətində ciddi addımlar atılıb.

"Vergi qanunvericiliyin daim təkmilləşdirilməsi ilə yanaşı, təlim təsis proseslərinin diqqətdə saxlanılması vasitəsilə vergi xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılması Dövlət Vergi Xidmətinin daha səmərəli fəaliyyət göstərməsinə təsir göstərib" - deyə Şahin Bağırov qeyd edib.



Xəbəri paylaş

16 dəfə oxunub.

Digər xəbərlər