Tarix: 13-01-2022 | Saat: 12:40
Bölmə:Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində buğda təminatı ilə bağlı məsələyə toxunub.
Ölkə başçısı deyib ki, hələ də özümüzü buğda ilə tam edə bilmirik:
“3-3,4 milyon ton buğda istehlak edirik, onun cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik. Əgər bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, səhv olar.
Amma çalışmalıyıq ki, yerli istehsal artsın. İlk növbədə məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 3,2 tondur. Əgər bu rəqəm 4-4,5 tona çatsa, bu mümkündür, çünki bəzi fermer təsərrüfatlarında 7, bəzilərində 6 tondur”.
Qarabaginfo.az-ın xəbərinə görə, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə Modern.az-a açıqlamasında bildirib ki, hazırda bu istiqamətdə işlər həyata keçirilir:
“Cənab Prezident ümumilikdə ərzaq təhlükəsi ilə bağlı həyata keçirilən strategiyanın elementlərini bəyan etdi. O cümlədən, ərzaq təhlükəsizliyimizdə özünü təminetmənin hansı məhsullar üzrə daha yüksək olduğunu, hansı məhsullar üzrə isə bundan sonra da özünü təminetmə səviyyəsini yüksəltmə ehtiyacları ilə bağlı vəzifələr də müəyyənləşdirildi, buğda ilə özünü təminetməmizlə bağlı dövlətin hədəfləri də açıqlandı”.
F.Fikrətzadə deyib ki, iri taxılçılıq təsərrüfatlarında müasir texnologiyaların tətbiqilə məhsuldarlığı artırmaqla, əlaqədar dövlət siyasəti müəyyənləşdirilib:
“Digər bir məqam ət və süd məhsulları üzrə özünü təminetmənin göstəricilərinin daha da yüksəlməsi ilə bağlıdır. Buğdayla bağlı isə işğaldan azad edilmiş ərazilərimizdə potensialımızın göstərilməsi haqqında məsələlər qarşıya qoyulub. Geniş torpaq resursları olan ərazilərdən, başqa ölkələrdən torpaq icarə götürmək məsələsində yeni yanaşma müəyyənləşdirilib. Prezidentin də qeyd etdiyi kimi, bizim ölkə olaraq torpaq resurlarımız dünyanın bir çox ölkələrinə nisbətən məhduddur. Bu məhdudluğun kompensasiya olunması ilə əlaqədar məsələlər də bəyan edilib. Hazırda bunlar müzakirə edilir”.
Digər xəbərlər