Saytımızı qiymətləndirin


 
 

Şuşalı Əsra 6 aydan sonra eyni kürsüdən "artıq mən köçkün deyiləm" ded
Tarix: 13-11-2020 | Saat: 11:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Şuşalı Əsra 6 aydan sonra eyni kürsüdən artıq "mən köçkün deyiləm" dedi

 

“Mən Şuşadanam. Atam da, anam da, babam da, ulu babalarım da Şuşadandır. Mən təəssüf ki, Şuşada böyüməmişəm. Biz Şuşanı görməmişik. Yaşadığımız hissləri yəqin ki, anlayırsınız. Mən Şuşa haqqında valideynlərimdən eşitmişəm. Bilirəm ki, məni anlayırsınız. İstəyirəm ki, hisslərimi dünyaya çatdırasınız. Qoy, duysunlar ki, şuşalı olub Şuşanı

görməmişəm. Şuşalıyam, fəqət anam mənə Şuşada lay-lay deməyib. Şuşalıyam, Şuşanın dağlarını görməmişəm. Şuşalıyam, Şuşanın bulaqlarının suyundan içməmişəm. Şuşada çıxan Xarıbülbülü görməmişəm. Şuşalıyam, Şuşada Qarabağ şikəstəsini dinləməmişəm" - bunu Milli Məclisin bu ilin 8 may tarixində keçirilən iclasında Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı parlamentə dəvət edilmiş şuşalı qız Əsra Məmmədli parlamentin tribunasından demişdi.

Qarabaginfo.az xəbər verir ki, bu gün Milli Məclisin payız sessiyasının növbəti plenar iclası “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqında” şuşalı qız Əsra Məmmədli parlamentin tribunasından yenidən çıxış edib.

O sevinərək mən Şuşalıyam və mən artıq köçkün deyiləm.Bizim ailəmiz doğma evimiz, Şuşaya qayıdır ifadəsini səsləndirib. Əsra Məmmədli Azərbaycanın tarixi şəhərinin erməni işğaldan azad olunması münasibəti ilə, bütün Azərbaycan xalqını təbrik edib, Ali Baş Komandan, Azərbaycan Ordusuna Şuşalılar adından təşəkkürünü bildirib: "Qoy, dünya anlasın və bilsin ki, Şuşa bizim doğma torpağımızdır. Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır!".

 

 



Xəbəri paylaş

349 dəfə oxunub.

Digər xəbərlər