Rusiya Suriyadakı hadisələri diqqətlə izləyir. Bizim üçün prioritet Rusiya diplomatik və hərbi obyektlərinin toxunulmazlığıdır.
qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
“Biz Suriyada baş verən dramatik hadisələri diqqətlə izləyirik. Bizim prioritetimiz Suriyada olan bütün Rusiya vətəndaşlarının təhlükəsizliyi, həmçinin Rusiya obyektlərinin və nümayəndəliklərinin toxunulmazlığıdır. Dəməşqdəki diplomatik nümayəndəliyimiz fəaliyyətini davam etdirir, lakin son dərəcə yüksək təhlükəsizlik təhdidləri şəraitində”, – Zaxarova bildirib.
Onun sözlərinə görə, Suriya indi ölkənin istər-istəməz yeni çağırışlarla üzləşəcəyi bir keçid dövrünə qədəm qoyur: “Rusiyanın tarixən dostluq münasibətləri olan Suriya xalqı ilə həmrəyliyimizi bildiririk”.