Saytımızı qiymətləndirin


 
 

Ermənistanın bu infrastrukturu Bakının nəzarətinə keçdi
Tarix: 26-03-2021 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistanın bu infrastrukturu Bakının nəzarətinə keçdi

Ermənistan indi də özünün “informasiya təhlükəsizliyindən” narahatlıq keçirir. 

Hazırda Ermənistan mətbuatının və cəmiyyətinin əsas gündəm mövzularından biri də Cənubi Qafqazın internetlə təmin edilməsində aparıcı yerə malik "Caucasus Online" şirkətinin Azərbaycana aid şirkət tərəfindən satın alınmasıdır.

Məlumat üçün bildirək ki, 2006-cı ildə təsis edilən “Caucasus Online” bölgənin aparıcı telekommunikasiya şirkətidir. Şirkət Gürcüstanla yanaşı Azərbaycan və Ermənistanı internetlə təmin edir. Azərbaycanın “NEQSOL Holdinq” şirkəti isə “Caucasus Online”-ın səhmlərinin 100%-ni alıb. Bu da Ermənistanın “informasiya təhlükəsizliyi” barədə həyəcan təbili çalmasına səbəb olub.

Əslində, hələ 2019-cu ildə "Caucasus Online" şirkətinin səhmlərinin 49%-i Azərbaycan şirkəti tərəfindən alınıb. Bir neçə gün əvvəl isə sözügedən şirkətin sahibi Xviç Makatsaria səhmlərin qalan 51% -ni də azərbaycanlı investor Nəsib Həsənova təhvil verib.

Bu anlaşma həm Gürcüstandakı bəzi dairələri, həm də Ermənistanı çox narahat etməyə başlayıb. 

Ermənistan mətbuatına danışan ölkənin informasiya təhlükəsizliyi üzrə tanınmış ekspertlərindən olan Samvel Martirosyan deyib ki, bu anlaşma ilə Ermənistan üçün kritik əhəmiyyət kəsb edən infrastrukturlardan biri tamamilə Azərbaycanın nəzarətinə keçmiş olub: “Bu, bizim bütün rabitəmiz deyil, lakin onun əhəmiyyətli hissəsidir. Əvvəlki anlaşmaya mane olmaq cəhdləri olsa da, azərbaycanlılar işi başa çatdırdılar. İndi də həmin situasiyadır, gürcülər bunun əleyhinə olsalar belə, sövdələşmə davam edir.”

Erməni ekspert deyib ki, Ermənistan üçün çıxış yolu Azərbaycana aid şirkətin internet kabelindən istifadə etməməkdir. Lakin alternativ variantlar da böyük məsrəflər tələb edir ki, buna da onsuz da ölüm ayağında olan Ermənistan iqtisadiyyatının gücü çatmır. /“AzPolitika.info” 



Xəbəri paylaş

1359 dəfə oxunub.

Digər xəbərlər