Tarix: 11-07-2024 | Saat: 15:27
Bölmə:Karusel / Qarabağ / İqtisadiyyat | çapa göndər
Hazırkı dövrədək Laçın şəhərində 534 ailə, daha dəqiq 1971 nəfərin məskunlaşması təmin edilib.
Qarabaginfo.az xəbər verir ki, bunu Bakı Abadlıq Xidməti MMC-nin direktor müavini, Laçın Abadlıq Xidmətinin direktoru Nəsimi Əsədov deyib.
O qeyd edib ki, Sus kəndində 215 nəfər olmaqla 59 ailə, Zabux kəndində isə 823 nəfər olmaqla 217 ailə məskunlaşıb:
"Ümumilikdə Laçın rayonunda hazırda 810 ailə (3009 nəfər) yaşamaqdadır:
"Laçında tikinti-quruculuq işləri ilə paralel aparılan başlıca məsələ əhalinin məşğulluğunun təmin edilməsi olub. Ona görə, "Zerti" Sənaye Parkının ərazisində mebel, ayaqqabı, dam örtükləri, heyvandarlıq və s. müəssisələrin fəaliyyətə başlaması təmin edilib. Bundan əlavə, Laçın rayonunda çox sayda sənaye və istehsal müəssisəsi işləyir. Bu müəssisələrin hər biri sakinlərin məşğulluğunun təmin edilməsinə xidmət göstərir".
Digər xəbərlər