Saytımızı qiymətləndirin


 
 

Valeri Zalujnının mümkün varisi açıqlanıb
Tarix: 03-02-2024 | Saat: 13:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının mümkün varisi hazırkı müdafiə naziri Rüstəm Umerov ola bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Krım üzrə siyasi ekspert Zaur Smirnov RİA Novosti-yə bildirib.

Onun sözlərinə görə, bu namizədliyi ABŞ tərəfi təklif edə bilər.

“Bloomberg” Ukrayna hərbi rəsmisinə istinadən daha əvvəl bildirmişdi ki, Ukrayna prezidenti Vladimir Zelenski Zalujninin istefasının gətirə biləcəyi nəticələrdən ehtiyat edir.

Agentliyin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin hazırkı baş komandanının tutduğu vəzifədən uzaqlaşdırılması iğtişaşlara, eləcə də Qərbin mənfi reaksiyasına səbəb ola bilər.



Xəbəri paylaş

1119 dəfə oxunub.

Digər xəbərlər