Tarix: 04-12-2024 | Saat: 20:44
Bölmə:Karusel / Region | çapa göndər
Salome Zurabişvilinin prezidentlik müddəti dekabrın 29-da başa çatır - onu radikal müxalifətin lideri etmək cəhdi tamamilə iflasa uğrayacaq.
Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Hökumət başçısı qeyd edib ki, Zurabişvilinin dövlət maraqlarına zidd hərəkət etmək imkanı yoxdur.
"Salome Zurabişvili əvvəllər olsa da, hazırda Fransa vətəndaşı deyil. O, həmçinin 2004-cü ilə qədər Fransanın Gürcüstandakı səfiri olub. Sonra o, Gürcüstanın xarici işlər naziri təyin edilib. Onun belə bir tarixçəsi var. O, Fransada mühacir ailəsində anadan olub. Bəziləri onu radikal müxalifətin lideri kimi göstərmək istəyir, amma hamıya xatırlatmaq istəyirəm ki, onun prezidentlik müddəti dekabrın 29-da başa çatır. Təbii ki, onu radikal müxalifətin lideri etmək cəhdi tamamilə iflasa uğrayacaq. Beləliklə, onun dövlət maraqlarına zidd hərəkət etmək imkanı yoxdur”, - deyə İrakli Kobaxidze bildirib
Digər xəbərlər