Saytımızı qiymətləndirin


 
 

9 illik bazadan kolleclərə qəbul olanların qeydiyyatı başlayır
Tarix: 22-08-2022 | Saat: 11:50
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Təhsil Nazirliyi məktəbli qızın döyülməsini pislədi – Bu, yolverilməzdir - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Bu gün saat 12:00-da ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Elm və Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Elektron sistem üzrə qeydiyyat prosesi 1 sentyabr saat 23:59-da yekunlaşacaq.

Qeyd edək ki, qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.



Xəbəri paylaş

1193 dəfə oxunub.

Digər xəbərlər