Saytımızı qiymətləndirin


 
 

Vətən Müharibəsi iştirakçılarının saxlanılmasına - DİN-dən reaksiya
Tarix: 22-07-2024 | Saat: 08:13
Bölmə:Karusel / Qarabağ | çapa göndər

veten-muharibesi-istirakcilarinin-saxlanilmasina

Daxili İşlər Nazirliyi Naftalanda Vətən Müharibəsi iştirakçılarının saxlanılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, sosial şəbəkələrdə Naftalanda Aşura günü sərxoş vəziyyətdə avtomobil idarə edən şəxslərin qanunsuz əməlləri bağlı polis əməkdaşları tərəfindən qanuni tədbirlərin görülməsi ilə bağlı iddialar səsləndirilib.

Belə ki, iyulun 16-da gecə saatlarında Naftalan şəhər ərazisindəki marketlərin birinin qarşısında “Mercedes” markalı avtomobilə bir qrup şəxs sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozub.

Ərazidə xidmət aparan polis əməkdaşları onları nizam-intizama dəvət etmələrinə baxmayaraq, avtomobildə olan Ayaz Cəfərli, Elvin Muradov, Ruslan Səfəralıyev, Taleh Alcəfərov və Nihad Quliyev özlərini Vətən müharibəsi iştirakçısı olduqlarını əsas gətirərək ictimai yerdə söyüş-təhqirlə müşahidə olunan qanunsuz əməllərini davam etdirib.

Əməllərinin araşdırılması üçün Naftalan ŞPŞ-nə gətirilən zaman A.Cəfərli və T. Alcəfərov qeyri-adekvat əməllərini davam etdirərək polis əməkdaşlarının xidmətinə mane olublar. Həmin şəxslər sərxoşluq müayinəsindən keçirilən zaman A.Cəfərli, E. Muradov və R.Səfəralıyevin orta dərəcəli sərxoş olmaları müəyyən edilib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, adları çəkilən vətəndaşların əməlləri ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir, polis əməkdaşları qanunla müəyyən olunan vəzifələri icra edib.

Onların əməlləri ilə bağlı Naftalan ŞPŞ-nin İstintaq Qrupunda araşdırmalar davam etdirilir”.

 



Xəbəri paylaş

1110 dəfə oxunub.

Digər xəbərlər