Saytımızı qiymətləndirin


 
 

Mərkəzi Bankda vacib toplantı - Kapital bazarının prioritetləri müzakirə edildi
Tarix: 17-02-2023 | Saat: 10:32
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Mərkəzi Bankda vacib toplantı - Kapital bazarının prioritetləri müzakirə edildi

 

Azərbaycan Mərkəzi Bankı (AMB), Milli Depozit Mərkəzi (MDM) və Bakı Fond Birjası (BFB) kapital bazarında 2022-ci il üzrə görülmüş işləri, bazar infrastrukturunun müasirləşdirilməsi kimi aktual məsələləri, habelə 2023-cü il üzrə prioritetləri müzakirə edilib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə AMB sədri Taleh Kazımov özünün "Twitter" hesabında yazıb.

 

"MDM, BFB və investisiya şirkətlərinin rəhbərləri ilə görüşümüz keçirilib. Görüşün məqsədi kapital bazarında 2022-ci il üzrə görülmüş işlərin, bazar infrastrukturunun müasirləşdirilməsi kimi aktual məsələlərin, habelə 2023-cü il üzrə prioritetlərin müzakirəsindən ibarət idi.

 

Görüşdə 2022-ci il ərzində Mərkəzi Bank tərəfindən qiymətli kağızlar bazarının inkişaf etdirilməsi üzrə çoxşaxəli tədbirlər barədə məlumat verilib", - T. Kazımov bildirib.

 

Onun sözlərinə görə, iştirakçılar ilə investisiya şirkətlərinin rəqabətyönülmü fəaliyyətinin təşviqi, bankların kapital bazarında birbaşa iştirakı, qlobal depozitarlarla əlaqələrin qurulması, bazar iştirakçılarının kapital adekvatlığı tələbləri mövzularında fikir mübadiləsi aparıldı.(modern.az)



Xəbəri paylaş

1137 dəfə oxunub.

Digər xəbərlər