Saytımızı qiymətləndirin


 
 

Putin: Merkelin itdən qorxduğunu sonradan bildim, üzr istədim
Tarix: 28-11-2024 | Saat: 21:37
Bölmə:Karusel / Dünya | çapa göndər

Putin: Merkelin itdən qorxduğunu sonradan bildim, üzr istədim

Rusiya prezidenti Vladimir Putin Almaniyanın sabiq kansleri Angela Merkelin kitabında Moskvada səfərdə olarkən Putinin onu qəsdən Labrador Koni iti ilə qorxutduğu barədə yazdıqlarına münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin yekunlarına dair mətbuat konfransında Putin Merkelin itlərdən qorxduğunu bilmədiyini söyləyib.

"Mən onun itlərdən qorxduğunu bilmirdim, Bilsəydim, bunu heç vaxt etməzdim, əksinə, rahat, xoş bir atmosfer yaratmaq istəyirdim. Mən Almaniyada yaşamışam, hardasa 5 il və bilirəm ki, orada ev itlərinə pozitiv yanaşırlar. Buna əsaslanmışdım. Mən sonradan məsələni biləndə, Merkeldən üzr istədim. Dedim ki, Angela, bağışla, mən bilmirdim", - deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Merkel kitabında 2007-ci ildə Moskvada səfərdə olarkən Putinin onu qəsdən Labrador Koni iti ilə qorxutduğunu yazıb.



Xəbəri paylaş

51 dəfə oxunub.

Digər xəbərlər