Saytımızı qiymətləndirin


 
 

İmişlidə 11 yaşlı qızı zorlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 01-11-2021 | Saat: 15:08
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi - RƏSMİ | marja.az

"İmişlidə baş vermiş hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb".

Qarabaginfo.az-ın xəbərinə görə, bunu “Report”un sualına cavab olaraq Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

"Hadisə ilə bağlı ilkin məlumatlar prokurorluğa məlum olandan dərhal sonra araşdırmala başlanılıb və cinayət işi açılıb. Qısa müddət ərzində şübhəli şəxs müəyyən edilib saxlanılıb. İntensiv hərəkətlər davam etdirilir. Hadisəni törədən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və konkret ittiham irəli sürülməsi məsələsi mövcud olan sübutlar əsasında həll ediləcək. Bu, çox ciddi məsələdir və biz bunu daim nəzarətdə saxlayacağıq", - o vurğulayıb.

Qeyd edək ki, İmişli Rayon Mərkəzi xəstəxanasından rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.

Xatırladaq ki, 11 yaşlı qızın övladı Respublika Klinik Xəstəxanasının Patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Körpə 30-31 həftəlikdir.



Xəbəri paylaş

284 dəfə oxunub.

Digər xəbərlər