Saytımızı qiymətləndirin


 
 

Matviyenko: “Azərbaycan Rusiyanın strateji tərəfdaşı olaraq qalır”
Tarix: 22-09-2020 | Saat: 18:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

Valentina Matviyenko Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik edib

“Sahibə Qafarovanın Milli Məclisin Sədri vəzifəsində ilk rəsmi səfərlərindən birini Rusiyaya etməsini yüksək qiymətləndiririk”.

Qarabaginfo.az, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Azərbaycan Milli Məclisinin Sədri S. Qafarova ilə görüşündə deyib.

“Bu, Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud sıx münasibətləri davam etdirmək baxımından hörmət əlaməti və çox yaxşı niyyətdir. Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır. Parlamentlərarası əməkdaşlıq sözsüz ki, dövlətlərarası münasibətlərin qurulmasında vacib rol oynayır. Biz sizin səfərinizi gözləyirdik və buna böyük əhəmiyyət veririk. Hesab edirəm ki, bu görüş parlamentlərarası dialoq çərçivəsində, ikitərəfli münasibətlərin gündəmində saatların qurulması, narahatedici beynəlxalq problemlərin müzakirəsi, parlamentlərarası əməkdaşlığın gələcək inkişafı baxımından yaxşı imkandır”, - deyə V. Matviyenko vurğulayıb. APA



Xəbəri paylaş

357 dəfə oxunub.

Digər xəbərlər