Kobaxidze yenidən baş nazir oldu - Hökumət təsdiqləndi - SİYAHI
Tarix: 28-11-2024 | Saat: 15:41
Bölmə:Karusel / Region | çapa göndər
96 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-11-2024 | Saat: 15:41
Bölmə:Karusel / Region | çapa göndər
11-ci çağırış Gürcüstan parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yenilənmiş hökumətə və 2025-2028-ci illər üçün “Avropa üçün yalnız sülh, ləyaqət və firavanlıq” adlı hökumət proqramına etimad göstərib.
Qarabaginfo.az xəbər verir ki, hökumət proqramına əsasən, Gürcüstanın iki ən mühüm milli məqsədi var: ölkənin ərazi bütövlüyünü dinc yolla bərpa etmək və yoxsulluğu tamamilə aradan qaldırmaq.
Proqrama dövlət siyasətinin dörd əsas istiqaməti daxildir: demokratik inkişaf; iqtisadi inkişaf; sosial siyasət və insan kapitalının inkişafı; xarici siyasət və müdafiə.
Hökumətin xarici siyasət və müdafiəyə baxışı dinc vasitələrlə ərazi bütövlüyünün bərpasına və suverenliyin möhkəmləndirilməsinə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasına və beynəlxalq tərəfdaşlarla əlaqələrin dərinləşdirilməsinə yönəlib.
Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidzenin təklif etdiyi hökumət tərkibinə 2025-2028-ci illər üçün hökumət proqramı ilə etimad göstərilməsi məsələsi üzrə səsvermə o, parlamentin plenar iclasında hökumətin planları barədə deputatlara məlumat verdikdən sonra keçirilib.
Gürcüstanın yenilənmiş hökuməti:
İrakli Kobaxidze – baş nazir;
Maka Boçorişvili – xarici işlər naziri;
Anri Oxanaşvili – ədliyyə naziri;
David Sonqulaşvili – ətraf mühit və kənd təsərrüfatı naziri;
Levan Davitaşvili – iqtisadiyyat və davamlı inkişaf naziri;
Tinatin Ruxadze – mədəniyyət və idman naziri;
İrakli Çikovani - müdafiə naziri;
Laşa Xutişvili – maliyyə naziri;
İrakli Karseladze – regional inkişaf və infrastruktur naziri;
Vaxtanq Qomelauri – daxili işlər naziri;
Aleksandr Tsuladze – təhsil, elm və gənclərlə iş naziri;
Mixail Sarjveladze – işğal olunmuş ərazilərdən məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri;
Teya Axvlediani - barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri.
Xəbəri paylaş
Digər xəbərlər
22-07-2025, 10:19
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
14-01-2022, 18:40
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
15-12-2020, 14:48
Həbsdə olan jurnalistlərin sayı açıqlandı
16-12-2022, 14:32
Orduda sürücülərə məşğələlər keçirilir - VİDEO
24-09-2020, 12:14
Bakıda kişinin boyunbağısı soyğunçuluq yolu ilə ələ keçirildi
17-09-2026, 14:45
Ermənistanda zəlzələ olub
1-01-2025, 08:57
Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub
22-02-2022, 13:37
Emin Əmrullayev Gürcüstanın Baş naziri ilə görüşüb


















