Saytımızı qiymətləndirin


 
 

Rusiyada piştaxtalar boşaldı, çörək kreditlə satılır - Foto
Tarix: 15-03-2022 | Saat: 14:41
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Rusiyadakı marketlərdə çörək artıq kreditlə təklif olunmağa başlayıb.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdə baton çörəyin qiyməti ilə yanaşı, 12 aylıq kredit qiyməti də qoyulub.

Bundan başqa mağazalarda bir sıra ərzaq məhsularının çatışmazlığı hiss olunur. Moskvada yaşayan soydaşlarımızın sözlərinə görə, şəkər tozu, duz, qarabaşaq kimi məhsullar demək olar ki, yoxdur. Yağın qiyməti isə 3 dəfə bahalaşıb.

Yeri gəlmişkən, çörəyin kreditə verildiyini əks etdirən görüntüdə baton çörəyinin 400 qramının 143,75 rubla satıldığı əks olunub ki, bu da 2,1 manata bərabərdir. Əslində isə çörəyin qiyməti rublun hazırkı məzənnəsinin göstəricisidir. Belə ki, rəsmi olaraq dolların kursu 120 rubl civarında göstərilsə də, bu məzənnə ilə heç yerdə valyuta almaq mümkün deyil. Qara bazarda isə dollar 200 rublun üstündədir.

 



Xəbəri paylaş

293 dəfə oxunub.

Digər xəbərlər