“Həyatımdakı ağır günləri bacım həbs olunanda yaşadım, mənim bundan ağır günüm olmayıb”
Tarix: 19-09-2021 | Saat: 08:13
Bölmə:Karusel / Müsahibə | çapa göndər
1329 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-09-2021 | Saat: 08:13
Bölmə:Karusel / Müsahibə | çapa göndər
Tanınmış müğənni İlahə Fəda Moderator.az-ın suallarını cavablandırıb.
Qarabaginfo.az müsahibəni təqdim edir:
- İlahə xanım, pandemiya bir çox müğənnilərə öz təsirini göstərib. Bəs sizə necə təsirini göstərdi?
- Əlbəttə ki, pandemiya öz təsirini mənfi cəhətdən mənə də göstərdi. Sadəcə olaraq əlimdə torpaq sahəsi var idi, 1-2 sot satdım, yavaş-yavaş xərclədim, artıq o da qurtarıb. Yenə də 2-3 sot torpaq satmaq istəyirəm.
- Yaxşı ki, bunu vaxtında fikirləşib torpaq sahələrini götürmüsünüz.
- Əslində bu torpaq sahələrini özüm üçün almışdım. Hətta ev də tikirdim, amma yarımçıq qaldı, tikib başa çatdıra bilmədim. Yaxşı qiymətə satmışam. Hamısını birdən satmıram, pulum qurtarsa yenə də satacağam (gülür). Başqa çarəm yoxdur.
- Toyların gur vaxtında dəvətlər gəlirdi sizə?
- Mən heç vaxt toylardan külli miqdarda pullar qazanmamışam. Çünki heç vaxt toy üçün çalışmamışam. Sənətimi çox sevirəm. Özüm-özümə söz vermişdim ki, sənəti kütləyə satmayacağam. Bu sözümün üstündə sona qədər duracağam.
- Bu da yəqin ki, sizə ayaq üstə durmaqda çətinlik törədib.
- Əlbəttə! Yeni-yeni oxumağa başlayanda toylara gedib Çahargah, Bayatı-Şiraz üstə mahnılar oxuyurduq, bəstəkar mahnıları ifa edirdik. Amma indi toyları çox ucuzlaşdırıblar, biyabırçılıqdır. Yarım-yamalaq, sözləri yarımçıq mahnılar indi dəbdədir. Belə şeyləri görəndə düşünürəm ki, dolanışığım nə qədər çətin olsa da yaxşı ki, hər toya getməmişəm. Mənim toylarım az olub, amma yaxşı olub. Bəstəkar Cavanşir Quliyev bir dəfə müsahibələrinin birində demişdi ki, “Azərbaycan musiqisi bu sürətlə ki, aşağı gedir, bunun bir yerə girməyi də var”. İndi bax yerə girib. Musiqimiz sənətdən xəbəri olmayanların, şəxsiyyətlərinə hörmət qoymayanların, üzdəniraqların əlindədir. Ona görə də nə qədər kənarda olsam bir o qədər də özümə hörmətim çoxalır. Bir dənə biri-birindən aşağı səviyyədə mahnı yoxdur repertuarımda, hamısı sənət əsəridir. Bir neçə dəfə Xalq artisti Ramiz Əzizbəyli ilə toylarda rastlaşmışdıq, mənə deyirdi ki, heç vaxt repertuarını dəyişmə. Mən Milli Konservatoriyada təhsil almışam, ona görə də sənət mənim üçün dəyərlidir.
- Siz daha öncə bu sənətə gəlmisiniz, yoxsa Fədayə xanım?
- İkimiz də eyni vaxtda oxumağa başlamışıq. Mən böyük bacı olduğuma görə çalışmışam hər zaman ona kömək edim. Lazım olanda mahnıları ona başa salmışam, çalışmışam yaxşı mənada repertuarına müdaxilə edim ki, yaxşı ifaları olsun. Çünki oxuya bilir axı! Mənim bacım sənətkardır!
- Adətən məşhur bacılar arasında böyük qalmaqallar, küsülülüklər olur. Nə vaxtsa küsülü qalmısınız?
- Biz çox mehribanıq, heç vaxt küsülü olmamışıq. Mənim ondan başqa kimim var ki? Yaxud da onun məndən başqa! Biz 4 bacıyıq, hamımız çox mehribanıq.
- Fədayə xanımın bəyəndiniz və bəyənmədiyiniz xasiyyəti nədir?
- Fədayəni bəyənirəm! Bəyənmədiyim xasiyyəti odur ki, çox safdır. Deyirəm ki, bəsdir daha, müəyyən yaşdan sonra bu qədər saf olmaq olmaz!
- İlahə xanım, instaqram səhifənizdə müşahidə etdim ki, izləyicilərinizin yazdığı tənqidlərə həmin dəqiqə cavab yazırsınız.
- İnstaqram səhifəmi mən yox, xalam qızı işlədir. Yazdığım şeiri yaxud da fotoları izləyicilər ilə bölüşmək istəyəndə ona yollayıram ki, paylaşım etsin. O da xarici ölkədə yaşayır. İzləyicilərə də cavabları o verir. Deyir ki, mən səni qoruyuram.
- Həyatınızın ən çətin günlərini nə vaxt yaşamısınız və bu çətin günlər nə vaxta kimi davam edib?
- Mən yetim gözümü açandan elə çətinlik görmüşəm. Hələ də o çətin günlər davam edir. Həyatımdakı ən böyük çətinliyi və ağır günləri bacım həbs olunanda yaşadım. Mənim bundan ağır günüm olmayıb. Həbsdən çıxandan sonra da istədik ki, nəsə edək, pandemiya düşdü, imkan vermədi.
- Səhv etmirəmsə, Fədayə xanım hal-hazırda Moskvadadır, özünə iş qurub. Sizi niyə yanına aparmır?
- Mən Moskvada 1 il yarım yaşamışam, oralar mənlik deyil, heç xoşum gəlmir. Məhz Rusiyanı xoşlamıram. Digər xarici ölkələrdə yaşamışam.
- Siz əslən Laçınlısınız, öz yurdunuza getmisiniz?
- Xalam oğlu hərbçidir, o gedib kəndimizi, nənəmin-babamın qəbrini çəkmişdi. Evimiz qalıb, çünki çay daşından tikilmişdi, görünür ki, uçurda bilməyiblər. Səbirsizliklə Laçına gedəcəyimiz günü gözləyirik.
- Bu sənətdə dostluq var?
- Var, niyə yoxdur ki?
- Kimlərdir dostunuz?
- Lalə Məmmədova tələbə yoldaşımdır, dostluq münasibətlərimiz bu gün də davam edir. Röya ilə ara-sıra danışırıq. Aygün Bəylər ilə yaxın dostluq münasibətində olmuşam. Heç kimlə düşmənçiliyim yoxdur, sadəcə yaxın olduqlarım bunlardır.
Xəbəri paylaş
Digər xəbərlər
21-08-2021, 21:06
Virusu 70% yox edən meyvə - Azərbaycanda yetişir
18-06-2024, 13:43
Ötən ay vətəndaşlar restoranlarda 187 milyon manat xərcləyib
6-07-2024, 12:13
Hakan Fidan Şuşada ŞKTC-dən olan həmkarı ilə görüşüb
2-03-2022, 00:49
Bayden-Zelenski danışıqları xüsusi telefonla aparılır
29-11-2021, 07:28
Sabahdan Britaniyada məcburi maska rejimi tətbiq olunacaq
12-04-2022, 11:53
Taleh Kazımov AMB İdarə Heyətinin üzvü təyin olunub
27-05-2022, 15:01
Prezidentə təbriklər gəlməkdə davam edir
29-09-2022, 16:40
Vaksinasiya ilə bağlı son vəziyyət
17-08-2021, 16:32
Azərbaycanda I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq