Belarus prezidenti Aleksandr Lukaşenko ekstremizmdə təqsirli bilinən 32 nəfəri əfv edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Bunlar 8 qadın və 24 kişidir ki, onların hamısı təqsirli olduqlarını etiraf edib, əməllərindən peşman olub və əfv olunmasını xahiş ediblər”, – məlumatda deyilir.