Tarix: 16-11-2024 | Saat: 14:07
Bölmə:Karusel / Sosial | çapa göndər
Azərbaycan görünməmiş sayda daşqınlarla üzləşib.
Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda COP29 çərçivəsində "Artan Dayanıqlılıq üçün İqlim Məlumatlılığının və Çoxsaylı Təhlükələrlə bağlı Erkən Xəbərdarlıq Sistemlərinin Gücləndirilməsi" mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O bildirib ki, ötən il Azərbaycanda 147 hadisə qeydə alınıbsa, bu il onların sayı artıq 109-dur:
"Azərbaycanda da istilik dalğaları çoxalıb. İsti günlərin sayının artmasına baxmayaraq, əhalinin məlumatlandırılmasından əvvəlki dövrlə müqayisədə təcili tibbi yardıma müraciətlərin sayı xeyli azalıb. İqlim dəyişikliyi geri dönməz bir prosesdir. Buna görə də, Erkən Xəbərdarlıq Sistemlərinin inkişaf etdirilməsi vacibdir".
Digər xəbərlər