Saytımızı qiymətləndirin


 
 

Avstriyada məcburi peyvənddən imtina edənlər həbs olunacaq
Tarix: 30-11-2021 | Saat: 07:24
Bölmə:Karusel / Dünya | çapa göndər

 

 Avstriyada məcburi peyvənddən imtina edənlər həbs olunacaq

Avstriyada COVID-19-a qarşı məcburi peyvəndin tətbiqi ilə bağlı qanun layihəsi peyvənddən imtinaya görə 7 200 avroya qədər cərimə nəzərdə tutur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Die Presse” qəzeti Avstriya hökuməti tərəfindən hazırlanan sənədə istinadən xəbər verir.

Sənəd layihəsinə əsasən, məcburi koronavirus peyvəndi 2022-ci ilin fevralından Avstriyada yaşayan bütün insanlara şamil ediləcək. Peyvənddən imtinaya görə 3 600 avro və ya dörd ay həbs cəzası tətbiq olunacaq.

İstisnalar peyvəndlə əlaqədar həyat və sağlamlıq riski altında olan şəxsləri, hamilə qadınlar və 12 yaşınadək yeniyetmələri əhatə edir. Qanun layihəsi dekabrın 6-da təqdim olunmalıdır. Onun hələ Avstriya parlamentinin hər iki palatası tərəfindən təsdiqlənməsi lazımdır.

Pandemiyanın dördüncü dalğası ilə əlaqədar Avstriya hökuməti 2022-ci ilin fevral ayından etibarən COVID-19-a qarşı məcburi peyvənd tətbiq etmək planını açıqlayıb.(Report)



Xəbəri paylaş

1274 dəfə oxunub.

Digər xəbərlər