Tramp prezident seçkilərində səs verib
Tarix: 05-11-2024 | Saat: 22:10
Bölmə:Karusel / Dünya | çapa göndər
141 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-11-2024 | Saat: 22:10
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində səs verib.
Qarabaginfo.az xəbər verir ki, CNN-in yaydığı məlumata görə Tramp Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqəsində şəxsən səs verib.
Qeyd edək ki, bu gün ABŞ-da növbəti seçkilər keçirilir. Seçkilərdə prezident, vitse-prezident, Senatın üçdə biri və Konqresin Nümayəndələr Palatasının bütün üzvləri, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorları seçiləcək.
Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar.
Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə vəzifədə olub. O, 2020-ci il prezident seçkilərində Demokrat Co Baydenə məğlub olub.
Harris isə 2021-ci ilin yanvarından ABŞ-ın vitse-prezidentidir.
Xəbəri paylaş
Digər xəbərlər
7-05-2026, 14:19
Paşinyan: Qars-Gümrü dəmir yolunun yenidən işə salınması üçün texniki qiymətləndirmə aparılır
5-10-2020, 12:39
Azərbaycanda daha 20 şagird koronavirusa yoluxub
15-11-2024, 11:12
Naxçıvanda vergi daxilolmaları 34%-dən çox artıb
22-02-2022, 15:18
Duma “DXR” və “LXR” ilə müqavilələri ratifikasiya edib
7-03-2021, 14:44
Azərbaycanda indiyədək 2 653 375 koronavirus testi aparılıb
9-12-2024, 08:35
Əraqçi: İsrail və HƏMAS yaxın həftələrdə razılığa gələ bilər
14-04-2023, 17:22
Ermənistanda Azərbaycan hərbçisinə qarşı pis rəftarın görüntüləri dərin narahatlıq doğurur- ATƏT DTİHB
16-10-2021, 13:51
Suriyada Türkiyə hərbçilərinə hücum olub


















