Ana Sayfa > Karusel / Dünya > Tramp prezident seçkilərində səs verib
Tramp prezident seçkilərində səs verib5-11-2024, 22:10. Yazar: Admin |
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində səs verib.
Qarabaginfo.az xəbər verir ki, CNN-in yaydığı məlumata görə Tramp Florida ştatının Palm-Biç şəhərindəki seçki məntəqəsində şəxsən səs verib. Qeyd edək ki, bu gün ABŞ-da növbəti seçkilər keçirilir. Seçkilərdə prezident, vitse-prezident, Senatın üçdə biri və Konqresin Nümayəndələr Palatasının bütün üzvləri, həmçinin 11 ştatın və 2 ərazinin qubernatorları seçiləcək. Respublikaçı namizəd Donald Tramp və ABŞ-ın hazırkı hakim Demokrat Partiyasını təmsil edən Kamala Harris dövlət başçısı postuna iddialıdırlar. Tramp Amerikanın 45-ci prezidenti olub və 2017-2021-ci illərdə vəzifədə olub. O, 2020-ci il prezident seçkilərində Demokrat Co Baydenə məğlub olub. Harris isə 2021-ci ilin yanvarından ABŞ-ın vitse-prezidentidir. Geri dön |