Saytımızı qiymətləndirin


 
 

Bakıda sürət həddi niyə azaldılır - Cəriməyə görə?
Tarix: 17-03-2023 | Saat: 10:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda sürət həddi niyə azaldılır - Cəriməyə görə?

Bakı şəhərinin və Abşeron yarımadasının bəzi küçə və yollarında sürət həddinin dəyişdirilməsi ilə bağlı qərar keçmişdə buraxılmış ciddi səhvlərin düzəldilməsidir.

Qarabaqinfo.az xəbər verir ki, bunu nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O bildirib ki, vaxtilə sürücüləri sıx məskunlaşma ərzilərindən keçən küçə və yollarda yüksək sürətə öyrəşdirən belə səhvlər (yüksək sürətlə hərəkətə təhrik edən yol infrastrukturu, qanundan kənar sürət həddinin tətbiqi və s.) olmamalıydı, yaxud çoxdan aradan qaldırılmalıydı:

“Nəhayət ki, edildi. Amma iş təkcə sürət həddini endirməklə bitməyəcək. Təhlükəsizliyi artırmaq üçün Dövlət proqramında nəzərdə tutulan xeyli digər işlər (yol tikəndən başlamış yolda nişan qoyanadək hər kəsin peşəkar və məsuliyyətli fəliyyətinin təmini, sürücü hazırlığı və sürücü olma işinin təkmilləşdirilməsi, cəmiyyətdə təhlükəsiz davranış mədəniyyətinin formalaşdırılması və s.) də görülməlidir”.

Ekspert vurğulayıb ki, ən ciddi işlərdən biri də qəbul edilən qərarların düzgünlüyünün və ən yaxşısı olduğunun cəmiyyətə çatdırılması, insanların buna inandırılmasıdır. Qərar qəbul edənlər (bu halda DYP və BNA) müasir elmi-texniki yanaşmalara istinadla insanları inandırmalıdırlar ki, belə qərarlar daha çox cərimə tətbiqinə, yolda daha çox vaxt itirilməsinə yox, hər kəs - piyada, sürücü, sərnişin üçün daha təhlükəsiz və daha fasiləsiz, daha dayanıqlı və etibarlı hərəkət (mobillik) mühitinin yaradılmasına xidmət edəcək.

"Yeri gəlmişkən, danışılan bu qərar hələ tətbiq edilməyib. Onun icrası üçün yollarda hərəkətin təşkilinə uyğun dəyişikliklər edilməlidir (nişanların qoyulması və s.)", - deyə Ə.Hüseynov vurğulayıb.

Qeyd edək ki, Bakıda bəzi küçə və prospektlərdə sürət həddi endirilir. Həmin yolların siyahısı aşağıdakı kimidir:



Xəbəri paylaş

190 dəfə oxunub.

Digər xəbərlər