Saytımızı qiymətləndirin


 
 

Səudiyyə Ərəbistanı dünyanın ən nəhəng hava limanını tikir –FOTO
Tarix: 29-10-2024 | Saat: 10:18
Bölmə:Karusel / Dünya | çapa göndər

Dünyanın ən nəhəng hava limanı Səudiyyə Ərəbistanında olacaq

Səudiyyə Ərəbistanı yeni rekord qırmaq istəyir, bu ölkədə tikiləcək nəhəng hava limanına 30 milyard dollar xərclənəcək. Aeroport dünyada ən böyük hava limanı olacaq və ildə ən azı 120 milyon sərnişinə xidmət göstərəcək.

Qarabaginfo.az bildirir ki, xəbəri “Metro” nəşri yayıb.

Səudiyyə Ərəbistanı Krallığı altı il ərzində dünya rekordunu yeniləməyi və təxminən 30 milyard dollara başa gələn, dünyanın yeni ən böyük hava limanına çevriləcək inanılmaz “gələcəyin hava limanı” tikməyi planlaşdırır. Ər-Riyadda tikilməsi nəzərdə tutulmuş Kral Salman Beynəlxalq Hava Limanının açılışı 2030-cu ilə planlaşdırılır.

Hava limanında altı nəhəng uçuş-enmə zolağı və 57 kvadrat kilometr bina olacaq ki, bunun 12 kvadrat kilometri mağazalar və xidmətlər, barlar, restoranlar, eləcə də digər obyektlərin tərəfindən tutulacaq. Bu heyrətamiz hava limanının il ərzində xidmət göstərdiyi 120 milyon sərnişinin pərakəndə satış məntəqələrini tam sabit müştəri axını ilə təmin edəcəyi gözlənilir. Eyni zamanda da, aeroportun zallarında adamlar təyyarəyə minməyi gözləyəndə vaxtlarını çox səmərəli keçirə biləcəklər.

Bu hava limanının layihəsi Nyu-Yorkdakı “Midtown” avtobus terminalı, həmçinin Marsel hava limanı layihələri ilə tanınmış “Foster&Partners” şirkətinin tərəfindən hazırlanıb. Kral Salmanın adını daşıyacaq yeni hava limanı 40 ildən çoxdur xidmət göstərən və artıq köhnəlmiş sayılan Kral Xalid Beynəlxalq Hava Limanının yerində tikiləcək. Bununla belə, onun terminalları yalnız modernləşdirilir, həm də yeni hava limanının ümumi kompleksinə daxil edilir.

Hal-hazırda Səudiyyə Ərəbistanının Kral Salman adına olan aeroportundan hansı aviaşirkətlərin uçuşlar həyata keçirəcəyi hələlik məlum deyil. İlkin hesablamalara görə, yeni hava limanı təxminən 150 min iş yeri yaradacaq – hava hərəkətini idarə edən operatorların qruplarından tutmuş təmizləyicilərə qədər.

Nəşr yazır ki, bu nəhəng hava limanının açılışından dərhal sonra həmçinin də 120 milyon sərnişinə xidmət göstəriləcəyi, 20 ildən sonra isə sərnişin axınının təxminən 185 milyona çatdırılacağı gözlənilir.

Hal-hazırda yeni hava limanının tikintisi davam etsə də, dünyanın ən böyük hava limanı indiyə qədər yenə də bu ölkədədir. 1999-cu ildən fəaliyyət göstərən, ümumi sahəsi 774 kvadrat kilometr olan bu hava limanı, Kral Fəhdin adı verilmiş Dammam Beynəlxalq Aeroportu hələ ki, dünyanın ən böyük hava limanı sayılır.



Xəbəri paylaş

104 dəfə oxunub.

Digər xəbərlər