Rusiyanın Volqoqrad şəhərində 19 saylı koloniyada məhbuslar bir neçə nəfəri girov götürüblər.
Volqoqradda Cəzaçəkmə Müəssisəsinin əməkdaşlarını qətlə yetirən məhbuslar Rusiya Federasiyasında qadağan olunmuş İŞİD üzvləri olduğu məlum olub.
Bu barədə “Mash” teleqram kanalının yaydığı videogörüntülərdən məlum olub.
Bildirilib ki, müəssisə əməkdaşlarını öldürən radikallar 2 milyon dollar və helikopter tələb edirlər.
Cəzaçəkmə Müəssisəsinin rəisi Andrey Devyatov da girov götürülənlər arasında olub, lakin qaça bilib. Devyatovun hazırda reanimasiyada olduğu açıqlanıb.
Məlum olub ki, koloniyada insident intizam komissiyasının iclası keçirilən zaman baş verib. Bu barədə Federal Penitensiar Xidmət məlumat yayıb.
Hazırda girovların azad edilməsi istiqamətində işlər aparılır, hadisə yerinə xüsusi təyinatlılar gəlib.
Ümumilikdə, koloniyada 1230 məhbusun cəza çəkdiyi bildirilir.
Rusiyanın Volqoqrad vilayətində radikal islamçılar tərəfindən cəzaçəkmə müəssisəsində törədilən insidentin təfərrüatları məlum olub.
Müəssisədə özlərini İŞİD üzvü kimi təqdim edən bir neçə məhbus penitensiar xidmətin üç əməkdaşını öldürüb, bir neçəsini isə giröv götürüb.