Saytımızı qiymətləndirin


 
 

Ankara prokurorluğu terror aktı ilə bağlı cinayət işi açıb
Tarix: 23-10-2024 | Saat: 21:11
Bölmə:Karusel / Region | çapa göndər

 

Ankara Baş Prokurorluğu paytaxtın Qahramankazan rayonunda TUSAŞ müdafiə müəssisəsində törədilən terror aktı ilə bağlı cinayət işi açıb.

Türkiyə telekanalları müəssisənin girişində baş verən partlayışdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışmanın başladığı barədə məlumat yayıb.

Zirehli texnikada olan xüsusi təyinatlılar qısa zamanda terror aktı baş verən əraziyə çatıb, helikopterlər havaya qaldırılıb.

Yaralılara kömək etmək üçün Kahramankazana təcili tibbi yardım avtomobilləri göndərilib.

NTV telekanalı terrorçuların insanları girov götürdükləri barədə məlumat yayıb. “İlkin məlumatlara görə, bir qrup terrorçu müəssisənin girişində avtomobili partladıb, bir neçə nəfər isə zavodun ərazisinə daxil ola bilib”, – deyə telekanalın məlumatında bildirilib.

Qeyd edək ki, Qahramankazanda yerləşən TUSAŞ müəssisəsində PUA, təyyarə və helikopter istehsal edilir. Burada Türkiyənin beşinci nəsil KAAN hərbi təyyarəsi yığılır.

Türkiyə Silahlı Qüvvələri TUSAŞ məhsullarından antiterror əməliyyatları zamanı istifadə edir(azərtac).



Xəbəri paylaş

31 dəfə oxunub.

Digər xəbərlər
7-01-2023, 13:07 Sabah qar yağacaq