Saytımızı qiymətləndirin


 
 

Dövlət Baxçalı koronavirusa qarşı peyvənd olunub
Tarix: 15-01-2021 | Saat: 13:59
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

 

Dövlət Baxçalı koronavirusa qarşı peyvənd olunub

 

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.  

Qarabaqinfo.az-in xəbərinə görə, bu barədə MHP sədri "Twitter"də bildirib.

Peyvəndləmə prosesi partiyanın mərkəzi qərargahında baş tutub.

Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. 

Xatırladaq ki, Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.



Xəbəri paylaş

348 dəfə oxunub.

Digər xəbərlər