Bakıda azyaşlılar mağazadan 4000 manatlıq oğurluq ediblər.
Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 azyaşlı saxlanılıb.
Araşdırma aparılır.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə S.S.Axundov küçəsində yerləşən mağazaların birindən 250 manat pul, 3750 manat dəyərində çanta, qol saatı və geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.