Saytımızı qiymətləndirin


 
 

Trampın vergi islahatı 4 trilyon dollara yaxın vəsaitin ABŞ-a qaytarılmasına kömək olacaq
Tarix: 21-12-2017 | Saat: 09:00
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Onlar pullarını burada xərcləmək istəyirlər, lakin bunu etməyə icazə vermirdilər

ABŞ Konqresi vergi islahatını qəbul edib. Bu, amerikalıların öz vətənlərində mövcud olan yüksək vergi dərəcələri səbəbindən ofşor zonalarda saxladıqları 4 trilyon dollara yaxın vəsaitin ölkəyə qaytarılmasına imkan verəcək.

"Qarabaginfo" “Report.az”-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp iclas zamanı bildirib ki, indi bu pullar ölkəyə geri qayıda bilər.

Prezidentin fikrincə, bu pullar iş yerləri yaratmağa kömək edəcək və onları xərcləmək istəyən şirkətlərə daxil olacaq.

"Onlar pullarını burada xərcləmək istəyirlər, lakin bunu etməyə icazə vermirdilər", — deyə Tramp bildirib



Xəbəri paylaş

652 dəfə oxunub.

Digər xəbərlər