Saytımızı qiymətləndirin


 
 

Aİ müttəfiqləri İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşıblar
Tarix: 09-09-2024 | Saat: 15:03
Bölmə:Karusel / Region | çapa göndər

Aİ müttəfiqləri İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşıblar

Avropa İttifaqı müttəfiqləri İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı kəşfiyyat məlumatlarını paylaşıblar və tədarüklər təsdiqlənərsə, Tehrana qarşı yeni sanksiyalar tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib.
qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano deyib.
“Biz müttəfiqlərin İranın ballistik raketlərinin Rusiyaya çatdırılması ilə bağlı verdiyi etibarlı məlumatdan xəbərdarıq.

Biz üzv dövlətlərimizlə bu məsələni daha ətraflı araşdırırıq və təsdiq olunarsa, bu çatdırılma İranın Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni işğalçılıq müharibəsinə dəstəyinin əhəmiyyətli dərəcədə artmasını göstərəcək. Aİ liderlərinin yekdil mövqeyi həmişə aydın olub. Avropa İttifaqı İrana qarşı yeni və əhəmiyyətli məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə və sürətlə cavab verəcək”, - Aİ rəsmisi qeyd edib.



Xəbəri paylaş

48 dəfə oxunub.

Digər xəbərlər
21-06-2024, 21:50 Həyat marşrutu...