Saytımızı qiymətləndirin


 
 

Bakıda bəzi avtobusların hərəkət istiqaməti dəyişdirilib
Tarix: 22-10-2024 | Saat: 14:26
Bölmə:Karusel / İnfrastruktur | çapa göndər

Daha bir avtobus xətti “BakuBus”a verildi

İntensiv yağışlar nəticəsində tunellərin su ilə dolması bir sıra müntəzəm marşrutların fəaliyyətində dəyişikliklərə səbəb olub.
Bu barədə Qarabaginfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Qeyd edilib ki, 191 nömrəli marşrut xətti: Q.Qarayev – Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinədək fəaliyyət göstərir.
161 nömrəli marşrut xətti: Hövsan – Hövsan Zığ şosesi ilə hərəkət edərək Suraxanı istiqamətinə davam edir.
Koroğlu NMM-dən çıxan marşrut avtobusları Bakı Olimpiya Stadionu ərazisindən keçmədən Dərnəgül prospekti ilə "Koroğlu” stansiyasının "piramida" çıxışı qarşısından fəaliyyətlərini davam etdirirlər.
Bildirilib ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə bu dəyişikliklər həyata keçirilib.



Xəbəri paylaş

17 dəfə oxunub.

Digər xəbərlər