Saytımızı qiymətləndirin


 
 

Qəninin hansı ölkəyə qaçdığı məlum oldu
Tarix: 16-08-2021 | Saat: 15:05
Bölmə:Karusel / Dünya | çapa göndər

Əfqanıstanın dünən istefa verib ölkədən qaçmış prezidenti Əşrəf Qəninin yeri məlum olub. “Azadlıq” radiosunun tacik xidməti xəbər verir ki, Qəni prezident administrasiyasının rəhbəri Fəzli Mahmud Fəzlinin və milli təhlükəsizlik müşaviri Həmdulla Muhibin müşaiyəti ilə əvvəlcə Tacikistana uçub. Onun təyyarəsi bir müddət Tacikistan hava məkanında qalıb və aviadispetçerlərin sonrakı uçuş marşrutunu razılaşdırmasını gözləyib. Dispetçerlər marşrutu Özbəkistan, Türkmənistan və İran hakimiyyəti ilə razılaşdırıblar, bunun ardınca Qəninin təyyarəsi həmin ölkələrin hava məkanından keçərək Omana uçub. Bildirilir ki, Oman hakimiyyəti ona siyasi sığınacaq verəcək.

Marşal Əbdürrəşid Dostumun qızı Rohila da təsdiq edib ki, Qəninin təyyarəsi əvvəlcə Düşənbə üzərində fırlanıb, daha sonra Omana kurs götürüb.

virtualaz.org



Xəbəri paylaş

1295 dəfə oxunub.

Digər xəbərlər